Bu ilin ilk 10 ayı ərzində Azərbaycan 40 371.69 min ABŞ dolları dəyərində 992 707.13 min kVt/saat elektrik enerjisi ixrac edib.
Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistika əsasında apardığı hesablamalara görə, bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 28.9% və 16.5% azdır.
Qeyd edək ki, təkcə oktyabr ayı ərzində 57 931.06 min kVt/saat həcmində, 2 622.34 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub.