2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın xaricə fındıq satışı 31% azalıb

2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 51 milyon 900 min dollar dəyərində 8 425 ton fındıq ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2023-cü ilin eyni aylarında isə Azərbaycandan 60 milyon 619 min dollar dəyərində 12 229 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 14.4% azalıb, miqdar ifadəsilə 31% azalıb.

Bir ton fındığın orta ixrac qiyməti illik müqayisədə 4 min 957 dollardan 6 min 160 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər