2024-cü ilin yanvar ayında Azərbaycandan 10 milyon 411 min dollar dəyərində 1 782 ton fındıq ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2023-cü ilin yanvarında isə Azərbaycandan 12 milyon 56 min dollar dəyərində 2 465 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 14% azalıb, miqdar ifadəsilə 28% azalıb.
Bir ton fındığın orta ixrac qiyməti illik müqayisədə 4 min 891 dollardan 5 min 842 dollara düşüb (951 dollar artıb).