14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın xaricə ixrac etdiyi elektrik enerjisi 63% bahalaşıb, gəlirlər kəskin artıb

Azərbaycan 2022-ci ildə elektrik enerjisi satışını 8%  artırıb, lakin qiymətlərin bahalaşması ona gəliri kəskin artırıb.

Bu barədə Banker.az-a Dövlət Gömrük Komitəsindən məlumat verib.

DGK-nin məlumatına əsasən 2022-ci il ərzində 1.71 mlrd. kv-saat elektrik enerjisi ixrac edilib. Bu da öncəki ildə 1.59 mlrd. kv-saat olmasını nəzərə alsaq illik 7.7% artım deməkdir.

Azərbaycan 2021-ci ildə hər 1000 kv-saatı 43.65 ABŞ dollarını satırdı və bu rəqəm 2022-ci il üzrə 71.05 dollar olub, yəni 63% illik müqayisədə hər kv-saata düşən dəyər artıb.

Nəticədə, 2022-ci ildə Azərbaycan xaricə satdığı elektrik enerjisindən 121.6 mln. ABŞ dolları valyuta əldə edib.

Xatırladaq ki, Azərbaycan növbəti illərdə Avropaya elektrik enerjisi ixarc edəcək. Ötən ilin son ayında Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla Azərbaycandan elektrik enerjisinin tədarükü haqqında saziş imzalıblar. Elektrik enerjisinin tədarükü Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Gürcüstan və Rumıniyadan keçməklə nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər