Bu ilin yanvar-aprel ayında Azərbaycan 153 milyon 932 min ABŞ dolları dəyərində 121 min 960 ton meyvə-tərəvəz ixrac edib.
Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbər görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,813 mln. dollar (və yaxud 3,2%) çox və 12,643 min ton (və yaxud 9,4%) azdır.
2020-ci ilin 4 ayında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,4%-ni təşkil edib.