2023-cü ildə Azərbaycandan 30 milyard 551 milyon dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Azərbaycandan 35 milyard 99 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdir.
Ötən il 16 milyard 241 milyon dollarlıq xam neft və xam neft məhsulları, 13 milyard 678 milyon dollarlıq təbii qaz ixrac olunub.
Beləliklə, xam neft və xam neft məhsullarının ixracından gəlirlər 17%, təbii qaz ixracından gəlirlər isə 9% azalıb.
Neft-qaz sektoruna daxil olan mallar 2023-cü ilin ixracının 90.12%-ni formalaşdırıb.