2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 91 milyon 50 min dollar dəyərində 75 min 772 ton pomidor ixrac edilib.
Banker.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 86 milyon 999 min dollar dəyərində 76 min 38 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 5%, miqdar ifadəsilə 0.3% azalıb.
2022-ci ilin may ayında Azərbaycandan 32 milyon 833 min dollar dəyərində 27 min 704 ton pomidor ixrac edilmişdi.
Onu da qeyd edək ki, 1 ton pomidor ölkəyə 1202 dollar valyuta gətirib.