2021-ci ilin ilk rübündə Azərbaycanda xaricə 867.07 milyon dollarlıq təbii qaz satıb, bu da öncəki ili 5 dəfədən çox üstələyir. Yanvar-mart ayları ərzində 6 165 milyon kub metr həcmində qaz ixrac edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2021-ci ilin yanvar fevral aylarında 357.69 milyon dollarlıq təbii qaz satdığı halda, bu təkcə mart ayında 509.37 milyon dollar təşkil edib.
Min kub m. | Min ABŞ dolları | USD/kub metr | |
Cəmi | 6,165,450.44 | 867,067.72 | 0.141 |
Türkiyə | 4,118,611.23 | 548,955.64 | 0.133 |
Gürcüstan | 1,494,258.33 | 203,954.30 | 0.136 |
İtaliya | 435,014.35 | 89,911.14 | 0.207 |
Yunanıstan | 57,848.05 | 16,212.32 | 0.280 |
Bolqarıstan | 59,718.48 | 8,034.33 | 0.135 |