Azərbaycanın xaricə satdığı alma bahalaşıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.
Cari ilin yanvar-may aylarında Azərbaycan 18 117 ton 580 kq alma ixrac edib. İxrac gəliri isə $12 mln. 043.36 min olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə alma ixracı miqdar ifadəsində 24.7% azalsa da, ixrac gəliri 14.2% artıb. Ötən ilin ilk 5 ayında Azərbaycan xaricə 1 ton almanı $438-a satırdısa bu ilin eyni dövründə $665-a satıb.
Görünən odur ki, ixrac olunan almanın qiyməti illik müqayisədə $227 və ya 51.8% bahalaşıb.