Ötən il Azərbaycan xaricə 37 mln. 364.36 min ABŞ dollar dəyərində 66 848.80 ton alma satıb.
Bnker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında məlumat verilir.
Qeyd edək ki, 2020-ci ildə alma satışından əldə olunan gəlir 29 mln. 500.86 min ABŞ dolları idi. Satılan almanın miqdarı isə 72 087.60 ton təşkil edirdi. Müqayisə aparsaq görürük ki, satışın həcmi 5 238.8 ton və ya 7.3% azalsa da, satışdan əldə olunan gəlir 7 mln. 863.5 min dollar və ya 26.7% artıb.