Azərbaycanın xaricə satdığı alüminium qiyməti kəskin bahalaşıb.
Banker.az xəbər verir ki, keçən il bir tonu 2 644 dollara olan alüminium piltələrinin qiyməti bu il 3 078 dollaradək bahalaşıb. Bu 2025-ci ilin ilk 4 ayı üzrə orta göstəricilərə əsaslanıb.
Bu ilin ilk dörd ayında xaricə 12 937 tona yaxın alüminim piltəsi satılıb ki, bunun da dəyəri 39 milyon 817 min ABŞ dolları təşkil edir. Keçən illə müqayisədə 3.9% ixracın həcmi azalsa da, bu məhsuldan qiymətlərin yüksəlməsi səbəbindən valyuta daxilolması 11.8% artmış olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən hesabat müddətində xaricə təqribən 4 883 tonluq emal olunmamış alüminium ərintiləri 14 milyon 787 milyon dollara satılıb. Bu məhsulun da bir tonu orta hesabla 14% bahalaşma ilə 2 651 dollar olub.