16 C
Baku
Friday, November 21, 2025

Azərbaycanın xaricə satdığı azot gübrəsi bahalaşıb, müştərilər artıb

2025-ci ilin ilk üç rübündə Azərbaycanın azot gübrəsi (karbamid) ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə cüzi azalsa da, qiymətlər yüksəlib və ixrac coğrafiyası genişlənməkdədir. Yeni ixrac istiqamətləri Hindistan, Kanada, Uruqvaydır.

Banker.az xəbər verir ki, ümumi ixrac miqdarı hesabat müddətində 409 min tondan 427 min tona qədər yüksəlib, yəni təxminən 4% artım müşahidə olunub. Dəyər baxımından isə ixrac 90 mln. dollardan 132 mln. dollara qədər yüksəlib.

Karbamidin bir tonu üçün orta qiymət 220 dollardan 309 dollara qalxaraq illik 40 bahalaşıb. Bu da hər tonda 89 dollar daha baha ixrac deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 10 ayında Azərbaycanda 534 min tonluq karbamid istehsal edilib. İstehsalçı SOCAR-ın Karbamid Zavodudur.

34534534

Son xəbərlər
Digər xəbərlər