2025-ci ildə Azərbaycanın azot gübrələri ixracı 543.5 min ton təşkil edərək 170.8 mln. dollar dəyərində olub.
Banker.az xəbər verir ki, ötən illə müqayisədə həcm 4 faiz azalsa da, dəyər 35 faiz artıb. Bu da ixracın qiymət artımından qaynaqlanır. Karbamidin bir tonu keçən 2024-cü il xaricə 223 dollara satılırdısa, 2025-ci ildə qiymətlər hər tonda 91 dollar və ya 41% bahalaşaraq 314 dolları keçib.
Ən böyük ixrac həcmi və dəyəri Ukraynaya yönəlib. Bu ölkəyə 393.7 min ton ton gübrə ixrac olunaraq 125,5 mln. dollar dəyərindədir. 2024-cü illə müqayisədə tonaj 39 faiz artıb, dəyər isə iki dəfədən çox artaraq Ukraynanın ixracdakı payını daha da yüksəldib.
Kanadaya 70,2 min ton (20,5 mln. dollar) gübrə göndərilib. Argentina və Hindistana ixrac isə müvafiq olaraq 22,4 min ton (6.05 mln. dollar) və 13 min ton (4,68 mln. dollar) olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə SOCAR Karbamid Zavodu ümumilikdə 587 min ton karbamid istehsal edib ki, bu da illik müqayisədə 10% azdır.
Azərbaycanın xaricə azot gübrələri ixracı |
||
|
2025-ci il |
||
| Miqdar, ton | Dəyər, min USD | |
| Cəmi | 543,531.84 | 170,773.06 |
| Ukrayna | 393,704.44 | 125,538.64 |
| Kanada | 70,241.95 | 20,538.94 |
| Argentina | 22,407.75 | 6,050.09 |
| Hindistan | 12,999.70 | 4,679.89 |
| Türkiyə | 13,487.90 | 4,647.41 |
| Rumıniya | 9,691.15 | 3,124.71 |
| İsrail | 6,923.70 | 2,154.88 |
| Uruqvay | 7,195.70 | 1,942.84 |
| Bolqarıstan | 3,982.35 | 1,194.70 |
| Yunanıstan | 2,099.40 | 629.82 |
| Gürcüstan | 797.58 | 271.00 |
| Belarus | 0.22 | 0.13 |
|
2024-cü il |
||
| ton | min dollar | |
| Cəmi | 564,922.58 | 126,224.64 |
| Ukrayna | 282,241.25 | 63,280.26 |
| Rumıniya | 97,559.05 | 22,002.09 |
| Türkiyə | 86,151.65 | 16,814.90 |
| Braziliya | 52,964.89 | 13,366.81 |
| Bolqarıstan | 16,956.20 | 4,098.65 |
| İsrail | 12,481.55 | 2,934.94 |
| Albaniya | 7,993.10 | 1,628.49 |
| Amerika Birləşmiş Ştatları | 4,240.30 | 1,071.22 |
| Argentina | 2,967.05 | 682.42 |
| Gürcüstan | 1,367.54 | 344.87 |






