17 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanın xaricə satdığı pambıq ipliyi $1200, pambıq lifi isə $800 bahalaşıb

Azərbaycanın xaricə pambıq, pambıq lifi, pambıq ipliyi satışı azalsa da, bu məhsulların satış qiymətində artım var.

Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə $180 mln. 954.32 min dəyərində pambıq satıb. Bu dövrdə xaricdən pambıq alışına isə $4 mln. 864.11 min valyuta sərf olunub. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac gəlirləri 7.2%, idxala sərf olunan vəsait isə 23.7% azalıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Həmçinin, ilin ilk 9 ayında $149 mln. 68.8  min dəyərində, 63 892.13 min ton pambıq lifi ixrac olunub. Pambıq lifinin ixracı illik müqayisədə dəyər ifadəsində 1.6%, miqdar ifadəsində isə 35.3% azalıb. Əgər ötən ilin yanvar-sentyabr aylarında 1 ton pambıq lifi xaricə $1.5 minə satılırdısa, bu ilin analoji dövründə $2.3 minə satılıb.

Komitənin hesabatına əsasən, Azərbaycanın satdığı pambıq ipliyi də bahalaşıb. Belə ki, 1 ton pambıq ipliyi $4.1 minə satılıb. Ötən ilin müvafiq dövründə isə 1 ton üçün qiymət $2.9 min idi. O da qeyd olunub ki, hesabat dövründə $28 mln. 573.3 min dəyərində 7 044.41 ton pambıq ipliyi ixrac olunub. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 28.6% və 48.9% azalıb.

Həmçinin, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 9 ayında Azərbaycanda 34.5 min ha ərazidən pambıq yığılıb, bu da illik müqayisədə müvafiq olaraq 10.2% azdır. Yığılmış pambığın həcmi də illik müqayisədə 14% azalıb və 38.8 min ton təşkil edib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər