10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın xaricə xurma satışından gəliri azalıb

2020-ci ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) Azərbaycandan 15 milyon 687 min dollar dəyərində 20 min 88 ton xurma ixrac olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 20 milyon 506 min ABŞ dolları məbləğində 27 min 71 ton xurma ixrac edilmişdi.

Beləliklə, bu il xurma ixracından gəlir 4 milyon 819 min dollar və yaxud 24%, miqdar ifadəsində isə 6 min 983 ton və yaxud 26% azalıb.

Son xəbərlər
Digər xəbərlər