2025-ci ilin 6 ayında Azərbaycanda xariclə portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947.4 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 24.9 mln.$ azalıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (19.3 mln.$) sektorunun, bankların (739.9 mln.$) və digər (206.9 mln.$) sektorların hesabına artmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (18.7 mln.$) hesabına azalmışdır.
Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.0 min $) və digər (6.0 mln.$) sektorların hesabına artmış, dövlət (30.9 mln.$) sektorunun hesabına isə azalmışdır.







