Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 54 milyon 858 min ABŞ dolları dəyərində 32 min 464 ton ət idxal edib.
Dövlət Gömrük Komitəsinin aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 milyon 104 min ABŞ dolları (17% ) və 3 min 699 ton (10.2% ) azdır.
2020-ci ilin 10 ayında isə Azərbaycana 65 milyon 962 min dollar dəyərində 36 min 163 ton ət idxal edilib.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,59 %-ini təşkil edib.