Bu ilin yanvar-aprel ayında Azərbaycan 3 milyon 284 min ABŞ dolları dəyərində 493,4 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, həcm baxımından ötən ilin 4 ayının göstəriciləri ilə müqayisədə 74,4 ton (18%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 625,4 min dollar (23,5%) çoxdur.
Eyni zamanda, bu ilin 4 ayında Azərbaycana 17 milyon 275 min dollar dəyərində 4,563 ton çay idxal edib. Bu, həcm baxımından ötən ilin yanvar-aprel ayının göstəriciləri ilə müqayisədə 186,6 ton (4,3%), məbləğ baxımından isə illik nisbətdə 3,5% çoxdur.
Ay ərzində çay ixracı Azərbaycanın ümumi ixracının 0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının isə 0,51% təşkil edib. İdxal ixracı 5 dəfə üstələyib.