2020-ci ilin 10 ayında Azərbaycana idxal edilən südün dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon ABŞ dolları dəyərində artıb.
Dövlət Gömrük Komitəsindən “Banker.az”a verilən məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 13 milyon 414 min ABŞ dolları dəyərində 8 min 305 ton süd idxal edilib ki, ötən ilin müvafiq dövründə idxal edilən 7 004 ton həcmindəki südün dəyəri 11 milyon 408 min ABŞ dolları təşkil edirdi.
Həmçinin qeyd edək ki, hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.15%-ni təşkil edib.