14 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanın xaricdən tütün və siqaret alışı 40%-dən çox azalıb

2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 290 min dollar dəyərində tütün və tütün məmulatları (siqaret) idxal olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2023-cü ilin ilk ayında Azərbaycana 13 milyon 869 min dollarlıq tütün və tütün məmulatları idxal olunmuşdu.

Beləliklə, tütün və tütün məmulatlarının idxalı bu ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 579 min dollar və ya 40.2% azalıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər