9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın xarici dövlət borcu 4,753 mlrd. manata çatıb

Azərbaycanın xarici dövlət borcu 2014-cü il yanvarın 1-nə 4 753,2 mln. manat, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 8,2% təşkil edib.

Azərbaycanın cəlb etdiyi kredit vəsaitlərinin 8,1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48,3%-i isə 20 ildən artıq olan müddətə ayrılıb.

Yanvarın 1-nə xarici borcun 11,7%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 47,1%-i ABŞ dolları, 28,8%-i avro, 9,5%-i yapon yeni, 2,9%-i isə digər valyutalar, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankının payına düşür.

Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər Azərbaycanda iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.

Nazirlikdən müqayisə üçün bildiriblər ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti Türkiyədə 36%, Rusiyada 14,1%, Gürcüstanda 32,9%, Macarıstanda 79,8%, Slovakiyada 34,3%, Çexiyada 40,2%-dir.

APA.az

Son xəbərlər
Digər xəbərlər