6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanın xarici dövlət borcu $5.37 milyarda düşüb

2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,1 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 100.2 milyon manat (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,02 milyon manat), cəmi 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilib.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilir.

Qeyd edilir ki, hesabat ili ərzində dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5 milyard 367,5 milyon ABŞ dolları ekvivalentinə bərabər olub.

Qeyd edək ki, xarici borc 2024-cü ilin II rübünün əvvəli, 1 apreldə 5507,3 milyon ABŞ dolları ekvivalentində idi.

 

Son xəbərlər
Digər xəbərlər