12 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanın xarici ticarət balansındakı profisit $3.5 mlrd.-a yüksəlib

2024-cü ilin yanvar-aprel aylarında xariclə ticarət balansında  3 mlrd. 48.6 milyon dollar məbləğində müsbət saldo yaranıb. Öncəki aya qədər bu rəqəm 2 mlrd. 482.3 mln. dollar

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 13 978.2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 513.4 milyon dollarını və ya 60.9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5464.8 milyon dollarını (39.1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14.5 faiz, real ifadədə 10.6 faiz, o cümlədən idxal 10.9 faiz, ixrac isə 10.4 faiz azalmışdır

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 156 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 148 ölkədən idxal olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər