Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 26 182 697,3 min ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 24,7% çoxdur.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2021-ci ilin ilk on ayında ixrac 16 848 911,32 min dollar, idxal isə 9 333 785,96 min dollar təşkil edib. İllik müqayisədə Azərbaycanın ixracı 37,7%, idxalı isə 6,5% artıb.
Nəticədə, hesabat dövründə 7 515 125,4 min dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 dəfə çoxdur.
#
Mirsəid İbrahimzadə