13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək

Maliyyə Nazirliyi 2024-cü ildə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini təqdim etməlidir.

Bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.

Maliyyə Nazirliyinə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində təqdim etmək tapşırılıb.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər