2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 212.3 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsinən məlumat verilib.
Ticarət dövriyyəsinin 17 448.4 milyon dollarını və ya 57.8 faizini ölkədən ixrac olunmuş məhsulların, 12 763.9 milyon dollarını (42.2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 684.5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2.3 faiz, real ifadədə 5.2 faiz, o cümlədən idxal 2.2 faiz, ixrac isə 7.0 faiz azalmışdır.
2024-cü ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1.4 faiz, real ifadədə 12.0 faiz azalaraq 2179.9 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 22.5 faizi İtaliya, 13.5 faizi Türkiyə, 9.5 faizi Rusiya, 7.4 faizi Çin, 4.5 faizi İsrail, 3.2 faizi Almaniya, 2.9 faizi Avstraliya, 2.6 faizi Hindistan, hər biri 2.5 faiz olmaqla Çexiya və ABŞ, 2.0 faizi Xorvatiya, 1.9 faizi Birləşmiş Krallıq, hər biri 1.4 faiz olmaqla Yunanıstan və Portuqaliya, hər biri 1.3 faiz olmaqla Bolqarıstan, Gürcüstan və İran, hər biri 1.0 faiz olmaqla Rumıniya, Ukrayna, Belarus, İsveçrə və Türkmənistan, hər biri 0.9 faiz olmaqla Tailand və Koreya, 11.5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.