5 C
Baku
Monday, December 23, 2024

Azərbaycanın xariclə ticarət balansında $7.22 mlrd. profisit yaranıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 333.2 milyon ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Ticarət dövriyyəsinin 16 milyard 776.7 milyon dollarını və ya 63.7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 556.5 milyon dollarını (36.3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7 milyard 220.2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14.2 faiz azalmış, real ifadədə isə 1.4 faiz artmışdır. İdxal real ifadədə 8.0 faiz artmış, ixrac isə 0.7 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər