15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın xariclə ticarət balansında $9 mlrd. qalıq yaranıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 37 milyard 367.4 milyon ABŞ dolları təşkil etmişdir.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 23 milyard 193.2 milyon dollarını ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 174.2 milyon dollarını isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9 milyard 19.0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19.9 faiz, real ifadədə 4.6 faiz azalmışdır. İdxal real ifadədə 4.6 faiz artmış, ixrac isə 7.7 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər