2024-cü ilin yanvar ayında Azərbaycanda gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3 milyard 270 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 2 milyard 127.9 milyon dollarını və ya 65.1 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 142.1 milyon dollarını (34.9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Nəticədə 985.8 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28.8 faiz, real ifadədə 18.0 faiz, o cümlədən idxal 29.7 faiz, ixrac isə 12.8 faiz azalmışdır. 2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22.0 faiz.real ifadədə 30.0 faiz azalaraq 222.0 milyon dollar təşkil edib.