10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın xariclə ticarət balansında ilk rübdə $2.48 mlrd. qalıq yaranıb – Artım var!

2024-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 905.5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 6 milyard 193.9 milyon dolları ölkədən ixrac olunmuş məhsulların, 3 milyard 711.6 milyon dolları isə idxal məhsullarının dəyəri təşkil edib.

Nəticədə 2 milyard 482.3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.Öncəki ayda ticarət balansındakı qalıq 1 milyard 535milyon dollar idi.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20.0 faiz, real ifadədə 13.9 faiz, o cümlədən idxal 20.2 faiz, ixrac isə 10.8 faiz azalıb.

2024-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 26.2 faiz, real ifadədə 33.3 faiz azalaraq 673.7 milyon dollar təşkil etmişdir.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 93 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunub

Son xəbərlər
Digər xəbərlər