21 C
Baku
Monday, June 16, 2025

Azərbaycanın xariclə ticarət balansındakı qalıq $153 milyona düşüb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16,4 milyard ABŞ dolları təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bunun 8,3 milyard dolları ixracın, 8,1 milyard dolları isə idxalın payına düşüb.

Nəticədə 153,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Öncəki aprel ayında xariclə ticarət saldosu 630,3 milyon dollar idi.

Gömrük statistikası göstərir ki, ixracın 101, idxalın isə 150 ölkə üzrə həyata keçirilməsi ilə Azərbaycan dünyanın 157 ölkəsi ilə ticarət edib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 18,2%, real ifadədə isə 3% artıb. Bu dövrdə idxal real ifadədə 21% artdığı halda, ixrac 8,7% azalıb.

Qeyri neft-qaz məhsullarının ixracı 1,07 milyard dollar təşkil edib ki, bu da faktiki qiymətlərlə 16,1% artım, real ifadədə isə 8,2% azalma deməkdir.

Ticarət dövriyyəsinin əsas tərəfdaşları arasında İtaliya (25,2%), Türkiyə (11,5%), Rusiya (10,8%) və Çin (8,4%) ilk sıralarda yer alıb.

Son xəbərlər
Digər xəbərlər