25 C
Baku
Monday, April 29, 2024

Azərbaycanın xariclə ticarət balansındakı qalıq (profisit) $9.6 milyarda çatdı

2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 41 milyard 187.0 milyon ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Ticarət dövriyyəsinin 25 milyard 374.3 milyon dollarını və ya 61.6 faizini ölkədən ixrac olunmuş məhsulların, 15 milyard 812.7 milyon dollarını (38.4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9 milyard 561.6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin noyabrına qədər bu rəqəm 9 milyard 19 milyon dollar idi.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19.7 faiz, real ifadədə 4.8 faiz azalıb. İdxal real ifadədə 5.1 faiz artmış, ixrac isə 8.2 faiz azalıb.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 190 ölkədən idxal olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər