11 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın xariclə ticarətində $12 mlrd. üzərində müsbət saldo (qalıq) yarandı

2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 120 ölkəyə məhsul ixrac olunmuş, 174 ölkədən idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35 556.4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23 850.6 milyon dollarını və ya 67.1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11 705.8 milyon dollarını (32.9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 12 144.8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46.9 faiz, real ifadədə 5.0 faiz artmışdır. İxracın real artımı 17.0 faiz olmuş, idxal isə 10.0 faiz azalmışdır.

2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 47.2 faiz, real ifadədə 38.4 faiz artaraq 2713.4 milyon dollar təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər