10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın xariclə ticarətində $5.24 mlrd. müsbət saldo yaranıb

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 15 milyard 834.1 milyon ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Ticarət dövriyyəsinin 10 milyard 536.2 milyon dollarını və ya 66.5 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 297.9 milyon dollarını (33.5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5 milyard 238.3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6.0 faiz azalmış, real ifadədə isə 1.6 faiz artmışdır. İdxal real ifadədə 8.8 faiz artmış, ixrac 0.7 faiz azalmışdır.

2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21.2 faiz, real ifadədə 17.5 faiz artaraq 1187.2 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 33.0 faizi İtaliya, 14.5 faizi Türkiyə, 7.8 faizi Rusiya, 4.6 faizi Çin, 3.4 faizi Hindistan, 3.3 faizi Yunanıstan, 3.2 faizi Almaniya, 3.1 faizi İspaniya, 2.9 faizi İsrail, hər biri 2.0 faiz olmaqla Gürcüstan və Çexiya, hər biri 1.8 faiz olmaqla Rumıniya və Fransa, 1.7 faizi Türkmənistan, hər biri 1.0 faiz olmaqla Avstriya və İran, hər biri 0.9 faiz olmaqla Qazaxıstan, İrlandiya və ABŞ, 10.2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər