-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın xariclə ticarətində ötən il $10.3 mlrd. müsbət saldo yaranıb

2023-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193
ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac
olunmuş, 184 ölkədən idxal olunmuşdur.

Banker.az xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44868,5 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 27583,2 milyon dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17285,3 milyon dollarını (38,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 10 297,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2022-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,2 faiz, real ifadədə
5,6 faiz azalmışdır. İdxal real ifadədə 1,9 faiz artmış, ixrac isə 8,2 faiz azalmışdır.

2023-cü ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki
qiymətlərlə 9,8 faiz,real ifadədə 3,9 faiz artaraq 3348,0 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 30,6 faizi İtaliya, 14,9 faizi Türkiyə, 8,5 faizi Rusiya, 6,1 faizi Çin, 3,6
faizi Almaniya, hər biri 2,8 faiz olmaqla İsrail və Hindistan, 2,7 faizi Yunanıstan, 1,8 faizi
ABŞ, hər biri 1,7 faiz olmaqla İspaniya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Birləşmiş
Krallıq, Türkmənistan və Çexiya, 1,3 faizi Rumıniya, 1,2 faizi Xorvatiya, hər biri 1,0 faiz
olmaqla Fransa, Bolqarıstan və İran, hər biri 0,9 faiz olmaqla Vyetnam və Yaponiya, 11,0
faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Son xəbərlər
Digər xəbərlər