8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın xidmətlər balansında yaranan kəsir $2.1 mlrd.-a düşüb

2021-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi $9.7 mlrd. təşkil eedib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bunun $5.9 mlrd.-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, $3.8 mlrd.-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 25.3% azalaraq $2.1 mlrd. olub. Əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlərin aparıldığı neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri $1.6 mlrd. (31.9% azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə $477.7 mln. (12.6% artım) olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 40.8%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri $4 mlrd. olan nəqliyyat xidmətlərinin 60.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri $2.4 mlrd., qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə $1.6 mlrd. təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 12.7%, idxalı isə 20.2% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ildə $0.3 mlrd. olan profisit, 2021-ci ildə $0.8 mlrd.-a (2.4 dəfə artım) yüksəlmişdir. 2021-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 22.1% azalaraq 0.9 mlrd. təşkil etmişdir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın ($0.6 mlrd.) ixracı ($0.3 mlrd.) üstələməsi nəticəsində $0.3 mlrd. həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 0.5% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $561.6 mln. olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 35.4% azalaraq $18.7 mln. təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 29% artaraq $961 mln. olub.

Son xəbərlər
Digər xəbərlər