2025-ci ilin yanvar-mart ayında Azərbaycandan 32 milyon 920 min ABŞ dolları dəyərində 45 784 ton xurma ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı bu ilin iki ayında ötən illə müqayisədə dəyər ifadəsilə 19%, miqdar ifadəsilə 30% artıb.
Azərbaycandan ötən ilin eyni aylarında 27 milyon 705 min dollar dəyərində 35 263 ton xurma ixrac edilmişdi.