10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın Y.Zelandiyadan aldığı kərə yağı ucuzlaşıb. Bəs bu, yerli bazarda necə hiss olunur?

Azərbaycanın kərə yağının əsas tədarükçüsü olan Yeni Zelandiya 2023-cü ildə ölkə üçün qiymətləri 7% endirib, bununla belə yerli idxalçılar ölkənin ucuzlaşan valyutasından istifadə edərək daha ucuz qiymətə yağ idxalını davam etdirə bilirlər.

Banker.az-ın əldə etdiyi rəsmi rəqəmlər və hesablamaları bunu deməyə əsas verir.

2023-cü ildə Azərbaycan Okeaniya ölkəsindən 6 876 tonluq kərə yağını 42.45 mln. ABŞ dollarına alıb. Bu da illik qida yağının alışının miqdar baxımından illik müqayisədə 6 faiz artım deməkdir. 2022-ci ildə bu ölkədən idxalın həcmi 6 467 ton idi.

Kərə yağının bir metrik tonu Yeni Zelandiyadan 2022-ci ildə $5,765 qiymətinə alındığı halda, 2023-cü ildə bu qiymətlər hər tonunda $195 və ya 3% daha ucuz, yəni $5,570-ə alınıb.

Ümumilikdə analitiklər qiymətlərin enməsi üçün bir neçə faktorun olduğunu bildirir. 2022-ci ildə əsasən Rusiya-Ukrayna müharibəsi fonunda ticarət əlaqələrindəki şok, bəzi ölkələrin qida ixracatında qoyduğu kvotalar qiymətlərin yüksəlməsinə səbəb olmuşdu. 2023-cü ildə isə dünya bu şokdan ayıldı və ticarət öz axarı ilə davam etdi ki, bu da qiymətlərin bir qədər düşməsi üçün zəmin yaratdı.

Azərbaycan valyutası ABŞ dolları ilə 2017-ci ildən 1.70 nisbətində ticarət edilir. Yeni Zelandiya dolları isə ABŞ dollarına qarşı dəyər itkisini davam etdirib. 2022-ci ilin fevralından dünyada ticarət zəncirinin qırılması fonunda son 40 ilin maksimumuna yüksələn inflyasiya ardından ABŞ mərkəzi bankının faizləri yüksəltməsi 1 Zelandiya dollarının 0.7 USD-dən 0.56 USD-yə qədər düşməsinə səbəb olub. Hazırda isə NZD/USD 0.60 səviyyəsindən yuxarıda ticarət edilir. Bu da o deməkdir ki, Azərbaycanın idxalçı şirkətləri hazırda ucuz Zelandiya valyutasından yararlana bilirlər və bu da qiymətlərin öncəki ildən daha ucuz idxalına şərait yaradır.

Kərə yağının idxalda payı olan digər ölkələr İran və Belarusiyadır. Həmin ölkələrdən də idxal qiymətləri öncəki illərdən daha aşağıdır.

3456789

Bununla belə yerli istehsal da dayanmayıb. Məsələn, DSK-nın məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda yerli zavodlar 27 022 tonluq kərə yağlı istehsal etməklə öncəki ili 4.4% üstələyib.

YERLİ BAZAR BUNA NECƏ REAKSİYA VERİB?

2023-cü ildə Yeni Zelandiyadan alınan bir sıra kərə yağlarının qiymətləri ilin əvvəli ilə müqayisədə bir o qədər də dəyişməyib. Azərbaycan istehsalı olan kərə yağları yerli marketlərdə (endirimləri nəzərə almasaq) hələ də hər kiloqram üzrə 19.5 manatdan baha satılır. Lakin ümumilikdə bütün kərə yağlarının orta qiymətini ölçən Dövlət Statistika Komitəsinin göstəricisinə əsasən idxal olunan yağların qiyməti 2023-cü ilin əvvəlində hər kiloqram üzrə 20.16 manat təşkil etdiyi halda, ilin sonuna qiymətlər düşərək 19.67 manat təşkil edib.

Yerli istehsal olan məhsulların bir kiloqramı 19.25 manatdan 18.77 manata düşüb.

Bildirək ki, Azərbaycanda hökumət kərə yağı xaricdən gətirilərkən onlara tətbiq edilən gömrük rüsumunu müddətli olaraq dayandırıb. Kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarına 5%-lik idxal gömrük rüsumları tətbiq edilməkdə davam edəcək. Əvvəllər bu məhsullara 15%-lik idxal gömrük rüsumu tətbiq edilirdi. Bu qanun 31 dekabr 2023-cü ilə qədər davam edib.

 

Son xəbərlər
Digər xəbərlər