14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın yanvarda 2.5 mln. ton neft hasil edib, 84%-i ixrac edilib

2024-cü ilin yanvar ayında Azərbaycanda 2.5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat daxil olub.

Neft hasilatının 1.4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0.4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0.7 milyon ton təşkil edib.

Ay ərzində 2.1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1.8 milyon tonu konsorsiumun, 0.3 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2024-cü il tarixinədək 631 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 586 milyon ton neft, “Şahdəniz”dən isə 45 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 fevral 2024-cü il tarixinədək 629 milyon tonu ixraca nəql edilib.

Neftin emalı 2024-cü ilin yanvar ayında 481 min tona yaxın təşkil edib.

2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barrel olub. Bunun 533 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, həmin dövrdə “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel təşkil edirdi.

 

Son xəbərlər
Digər xəbərlər