Azərbaycan 2024-cü ilin ilk yarısından Yaponiya avtomobillərinə marağı kəskin azaldığı məlum olub.
Banker.az xəbər verir ki, Azərbaycanda avtomobil idxalçıları Yaponiyadan 2024-cü ilin ilk 6 ayında cəmi 5 358 ədəd minik avtomobili idxal edib. Bu da illik müqayisədə 32 faiz azalmadır. Məsələn, keçən ilin eyni dövründə idxalın həcmi 7 916 minik avtomobil olmuşdu.
İdxal edilmiş avtomobillərə görə bu ölkəyə cəmi 88.93 mln. dollarlıq ödəniş edilib. Bu, 2023-cü ilin eyni dövründə139.38 mln. dollar idi.
İdxalın düşməsi bütün növ xarici avtomobillər üzrə müşahidə edilib.
Azərbaycan Asiya bazarında bu il daha çox Çin avtomobillərinə üstünlük verib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yaymışdı. ətraflı.