18 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanla AİB arasında 45 milyon dollarlıq kredit müqaviləsi imzalanıb

Saziş dörd körpünün tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur.

Bu gün Astanada Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında “Yol şəbəkəsinin İnkişafı Proqramı – Layihə 4” üzrə kredit müqaviləsi imzalanıb.

Azərbaycan Maliyyə Nazirliyindən verilən məlumata görə, sənədi AİB Rəhbərlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində müqaviləni nazir Samir Şərifov və AİB-in prezidenti Takehiko Nakao imzalayıb.

Saziş Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan Respublikası dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yolları üzərində yerləşən dörd körpünün tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur. AİB tərəfindən maliyyələşəcək layihənin ümumi dəyəri 45 mln. ABŞ dolları təşkil edir.

Layihə AİB tərəfindən Azərbaycan hökumətinə əvvəlcədən təsdiq olunmuş Çoxtranşlı Maliyyələşmə Mexanizmi çərçivəsində qalıq qalan hissə kimi ayrılacaq.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər