9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb

Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“İqtisadi münasibətlərinin inkişafında energetika, ticarət, turizm, sənaye, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur kimi sahələr mühüm istiqamətlərdir. Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr apardıq. Görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında imzaladığımız Saziş prioritet sahələrdə əlaqələrin güclənməsinə töhfə verəcək” – deyə Mikayıl Cabbarov bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər