Azərbaycanla Avropa İttifaqı ölkələri arasında cari ilin birinci yarısında 3 146 678,47 min dollar həcmində ticarət əməliyyatları həyata keçirilib. Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, ticarət dövriyyəsində illik 38,7% azalma qeydə alınıb.
Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 46,23% azalaraq cari ilin birinci yarısında 2 045 957,8 min dollar təşkil edib. İdxal isə illik 17,21% azalaraq cari ilin yanvar-iyun ayları ərzində 1 100 720,67 min dollar olub.
Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalaraq cari ilin birinci yarısında 945 237,13 min dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın cəmi ixracının 53,54%-i, idxalın isə 27,2%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.
Report