9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb

Belarusun baş nazirinin müavini Vladimir Semaşko Minskdə Azərbaycan Ticarət Evinin açılışını alqışlayır. APA-nın Minskə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə V.Semaşko iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

“Son zamanlar siz tez-tez Belarusa səfər edirsiniz və bu səfərlər olduqca məhsuldar keçir. Bu gün Minskdə Azərbaycan Ticarət Evinin açılışı olub. Bunu da növbəti nəticə kimi qiymətləndiririk”, – deyə baş nazirin müavini bildirib.

V.Semaşko xatırladıb ki, 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 2015-ci illə müqayisədə azalıb, lakin bu il dövriyyə müsbət dinamika nümayiş etdirir: “Bu ilin 4 ayı ərzində ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artıb. Sükanı belə saxlamalıyıq”.

Öz növbəsində Ş.Mustafayev Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi-tcari əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. “Bizim nümayəndə heyətimizə 70 sahibkar daxildir. Ümid edirəm ki, biznes dairələrimiz bu fürsətdən istifadə edəcək və iqtisadi-ticari əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Son xəbərlər
Digər xəbərlər