9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanla Bolqarıstan arasında ticarət 4 dəfə artıb

Bolqarıstan hazırda Azərbaycanın TOP10 ixrac bazarı sırasındadır.

Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

O vurğulayıb ki, təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət təxminən 4 dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, Azərbaycanın Bolqarıstana ixracı isə 4 dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib.

S. Məmmədovun sözlərinə görə, Azərbaycanla Bolqarıstan arasında strateji münasibətlər inkişaf edir, sabitlik ortaq dəyər əsasında formalaşır: “Əlaqələrimiz 2015-ci ildə imzalanan birgə bəyannaməyə əsasında aparılır. İndiyənədək ölkələrimiz arasında 65 sənəd imzalanıb”.

Nazir müavini bildirib ki, ölkələr arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır: “Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2.1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib və bu, bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir”.

Bildirilib ki, hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər