9 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan və Bosniya şirkətləri Avropa nəqliyyat dəhlizini tikəcəklər

Azərbaycanın “Azvirt” tikinti şirkətilə Bosniya və Herzeqovinanın “Hering” şirkətinin daxil olduğu konsorsium VC PanAvropa nəqliyyat dəhlizinin adıçəkilən ölkənin ərazisindəki 5,3 kilometrlik hissəsinin inşasına hazırlığa başlayıb.

Report agentliyi  həmin avtomobil yolunun operatoru “Autoceste FbiH” şirkətinə istinadən xəbər verir ki, mayın 15-də şirkət Poprikuşe – Zenitsa sahəsinin Vranduk – Ponirak hissəsinin tikintisinə dair konsorsiumla 65,5 milyon avro məbləğində müqavilə imzalayıb. 24 ay ərzində inşası başa çatdırılacaq Vranduk – Ponirak yolunda üç viaduk, iki körpü, bir tunel olacaq.

Tikinti işlərinə nəzarət üçün Sloveniyanın “DRİ Upravljanije İnvesticij” konsorsiumu və Bosniyanın “Divel” şirkəti cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər