Bu ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31.6% artaraq 178 min ton təşkil edib.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2024-cü ilin I yarısında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları isə illik müqayisədə 93% artıb.
“İyulun 3-də “Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Bu sənəd ölkələrarası iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı ehtiva edir. Bu fəaliyyəti hər iki dövlət dəstəkləyir”, – deyə Y.Abdullayev əlavə edib.