2025-ci ilin ilk doqquz ayındakı Azərbaycanın Çin Xalq Respublikası ilə ticarət balansındakı tarixi maksimum olan 3 mlrd. 258.7 mln. ABŞ dollarına yüksəlib.
Banker.az xəbər verir ki, bu da öncəki ilin müvafiq dövrünü 26 faiz üstələmiş olub. Halbuki, bu 2024-cü ilin müvafiq dövründə 2 mlrd. 627.64 mln. dollar idi.
Xarici ticarət balansındakı kəsir (defisit və ya mənfi saldo) ölkənin idxal etdiyi malların və xidmətlərin ixrac etdiyi mallardan və xidmətlərdən çox olması deməkdir.
Çin Azərbayandan cəmi 71 mln. dollar alarkən, 3 mlrd. 329 mln. dollarlıq məhsul satıb. Banker.az tərəfindən aparılan araşdırmada, bu ölkənin idxal etdiyi məhsul çeşidi 3400-ə qədər böyük məhsulu əhatə edir. Fakt kimi qeyd edə bilərik ki, keçən ilin eyni dövründə Çinə 14 mln. dollarlıq mal və məhsul ixrac edilib, 2 mlrd. 641 mln. dollarlıq məhsul idxal edilmişdi.
Azərbaycandan Çinə ən çox valyuta aparan isə hibrid mühərrikli minik avtomobili, smartfonlar, qızıl və elektro generatorlardır. Məsələn, təkcə ilk üç ayda 30 754 ədəd “plug-in”li minik avtomobilə görə 539.2 mln. dollar xaricə axıb. İkinci sırada olan smartfona görə isə Azərbaycandan 227 mln. dollara yaxın valyuta çıxıb.
Çin hazırda ümumi MDB ölkələr üzrə qeydə alınan 2 mlrd. 865 mln. dolları xeyli üstələmiş olub. Rusiya ilə ticarət balansındakı kəsirin həcmi isə 1 mlrd. 892 mln. dollar olub. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Rusiya ilə Azərbaycan arasındakı ixrac-idxal fərqindəki mənfi saldo öncəki ildə 1 mlrd. 780 mln. dollar idi.
Bununla belə, digər ölkələrlə olan müsbət saldo hesabına ölkənin ticarət balansında ümumi 1 mlrd. 837 mln. dollar qalıq (profisit) yaranıb.
Ölkənin ən iri mənfi ticarət saldosu olan ölkələrin siyahısı belədir:








