29 C
Baku
Thursday, August 28, 2025

Azərbaycanla Çinin Yol və Körpü Korporasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 22-də Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Çin Yol və Körpü Korporasiyası ilə mümkün əməkdaşlıq məsələlərinə toxunulub.

Son xəbərlər
Digər xəbərlər