10 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycanla danışıqların Rusiya və ya ABŞ variantları yoxdur”

“Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb. Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır.

P.Ovannisyan qeyd edib ki, ümumi prinsiplərə 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

Diplomatın sözlərinə görə, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.

Danışıqların predmetindən danışan xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Fransa, Avropa İttifaqı və ya ABŞ variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var: “Danışıqlar iki ölkənin yanaşmaları ətrafında reallaşır. Hazırda danışıqlar prosesi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması və s”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər